"WhatsApp"ın aylıq abunə qiyməti məlum oldu

"WhatsApp"ın aylıq abunə qiyməti məlum oldu

"WhatsApp" istifadəçilər üçün yeni ödənişli funksiya sınaqdan keçirir.

NOCOMMENT.az xəbər verir ki, “WhatsApp Plus” adlı yeni abunə xidməti məhdud sayda istifadəçi üçün test edilir.


Məlumata görə, bu xidmət istifadəçilərə əlavə imkanlar təqdim edəcək. "The Verge" nəşrinin yaydığı məlumata görə,Bunlara eksklüziv stikerlər, fərqli tətbiq mövzuları (temalar), xüsusi ikonlar və daha çox çatın pinlənməsi kimi funksiyalar daxildir. Həmçinin istifadəçilər bir neçə söhbət üçün eyni anda fərdi ayarları tətbiq edə biləcəklər.

Bildirilir ki, aylıq ödəniş təxminən 2.49 avro civarında olacaq və bu funksiya hələlik yalnız bəzi Android istifadəçiləri üçün aktivdir. Gələcəkdə iOS platformasına da əlavə olunacağı gözlənilir.

Qeyd olunur ki, bu addım Meta Platforms şirkətinin tətbiq daxilində yeni monetizasiya imkanlarını genişləndirmək planının bir hissəsidir. /Metbuat.az/

Bizim Telegram səhifəsinə abunə olun