THY bu istiqamətdə səfərləri DAYANDIRDIbackend

THY bu istiqamətdə səfərləri DAYANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Hava Yollarının (THY) İtaliyanın cənubunda Etna vulkanının püskürməsi səbəbindən bu gün Kataniyaya planlaşdırdığı uçuşlar müvəqqəti olaraq dayandırılıb.

NOCOMMENT.az xəbər verir ki, THY Mətbuat Xidmətindən verilən açıqlamaya görə, bu gün həyata keçirilməsi planlaşdırılan TK1395 və TK1396 nömrəli İstanbul-Kataniya-İstanbul reysləri müvəqqəti olaraq dayandırılıb.

THY bu uçuşlardan istifadə edəcək sərnişinlərin əziyyət çəkməməsi üçün bu gün TK6880 və TK6881 nömrəli əlavə Palermo uçuşları planlaşdırıb.