THY-nin kabin heyətinə hücum edən sərnişin saxlanılıbbackend

THY-nin kabin heyətinə hücum edən sərnişin saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Hava Yollarına məxsus İstanbul-Moqadişu reysi ilə uçan təyyarənin kabin heyətinə hücum edən əcnəbi sərnişin saxlanılıb.

NOCOMMENT xəbər verir ki, THY-nin TK-646 nömrəli TC-LCK quyruq qeydiyyatlı Boeing 737-8 MAX tipli təyyarəsi Somalinin paytaxtı Moqadişuya uçuş etmək üçün gecə saat 02:00-da İstanbul Hava Limanından havaya qalxıb.

Təyyarə Misir hava məkanına daxil olduqdan sonra sərxoş olduğu iddia edilən Somali vətəndaşı sərnişin digər sərnişinləri narahat etməyə başlayıb.

Sərnişinlər narahat olduqlarını bildirdikdən sonra kabin heyəti bu şəxsə xəbərdarlıq edib. Bunun üzərinə Somali vətəndaşı olan sərnişin kabin heyətinə hücum edib.

Kabin heyətinə hücum edən sərnişinə plastik qandal taxılıb. Vəziyyətdən xəbər tutan kapitan pilot Türkiyə hava məkanına qayıdıb və Antalya hava limanına təcili eniş üçün icazə istəyib.

Təyyarə icazə alındıqdan sonra heç bir problem olmadan saat 06:00-da Antalya hava limanına eniş edib.

Təyyarə eniş etdikdən sonra hücum edən şəxs nəzarətə götürülüb.