Tokayev Azərbaycana gəlirbackend

Tokayev Azərbaycana gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək və Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.

“Yaxın zamanda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri baş tutacaq. Səfər çərçivəsində prezident Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışın mərasimində iştirak edəcək”, – səfir deyib.

Xatırladaq ki, 2023-cü ilin martında işğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan tərəfindın inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin təməli qoyulub.