Tomas Massi : “ABŞ NATO-dan çıxmalıdır”backend

Konqresmen : “ABŞ NATO-dan çıxmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ NATO-dan çıxmalıdır.

NOCOMMENT.az xəbər verir ki, bu təkliflə ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Tomas Massi çıxış edib.

“Havay NATO müqaviləsi ilə əhatə olunmur. Bəzi ekspertlər bunun dəyişdirilməsinin lazım olduğunu iddia edirlər. Dediyim odur ki, gəlin digər 49 ştatı müqavilədən çıxaraq”, – deyə Tomas Massi bildirib.

Bir gün əvvəl CNN ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat vermişdi ki, ərazisində ABŞ Sakit Okean Donanmasının ən böyük bazası olan Pörl Harborun yerləşdiyi Havay ştatı NATO-nun kollektiv müdafiə bəndinə daxil deyil. Bu o deməkdir ki, Havay adalarına hücum olarsa, müttəfiqlər ona yardım göstərməyə borclu olmayacaqlar.