Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıbbackend

Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin cənub-qərbindəki Yunnan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 31-ə çatıb.

NOCOMMENT.az xəbər verir ki, daha əvvəl xilasetmə və axtarış tədbirləri sürüşmə xəbərdarlığı səbəbiylə dayandırılsa da, axtarışlara yenidən start verilib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, mindən çox xilasedici ekskavator, dron və xilasedici itlərin köməyi ilə şaxtalı havada işləməyə davam edir.

Qeyd edək ki, sürüşmə nəticəsində 18 ev dağılıb, 900-dən çox insan ərazidən təxliyə edilib.