Tovuzda iki maşın toqquşdu – Üç nəfər xəsarət aldıbackend

Tovuzda iki maşın toqquşdu – Üç nəfər xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ markalı minik maşını ilə “Hyundai” markalı minik avtomobili toqquşub. Qəza zamanı 1968-ci il təvəllüdlü Mustafayev Azər Qəfər oğlu, 1987-ci il təvəllüdlü Ağayeva Şaymən İlqar qızı və 2002-ci il təvəllüdlü Xasməmmədli Tapdıq Ayaz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. /apa.az