Tramp prezident seçkilərində qalib gələcəyinə əmindirbackend

Tramp prezident seçkilərində qalib gələcəyinə əmindir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrda keçiriləcək növbəti prezident seçkilərində qalib gələcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti”  Trampın Ohayoda tərəfdarlarının mitinqindəki çıxışına istinadən məlumat yayıb.

Keçmiş prezident qələbəsinə əmin olduğunu bildirib və indiki dövlət başçısı Co Baydenin rüsvayçılıqla vəzifəsini tərk etməli olacağını vurğulayıb. “Co, sən qovuldun. Get burdan! Dəhşətli iş gördün!” – deyə Tramp bildirib.

O, həmçinin Baydeni Amerika demokratiyası üçün təhlükə adlandıraraq, öz səriştəsizliyi ilə daim ölkəyə zərər verdiyini qeyd edib. Tramp buna misal olaraq Meksika ilə sərhəddə həll olunmamış miqrasiya böhranını və ABŞ-da inflyasiyanın yüksəlməsini göstərib.

Eks-prezidentin fikrincə, hazırda ABŞ-da baş verən fəlakətlərə son qoymağın yeganə yolu seçkilərdə qalib gəlib Ağ Evə qayıtmaqdır.