Tramp rəqibini narkotik testindən keçməyə çağırdıbackend

Tramp rəqibini narkotik testindən keçməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Demokratlar partiyasından prezidentliyə namizəd Co Baydeni narkotik testindən keçməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, Tramp bunu Baydenin davranışlarındakı qəribəliklə izah edib:

“Mən də bu testdən keçəcəm. Düşünürəm, o, narkotik testindən keçməlidir. Bayden nəsə qəbul edir. Bir ona baxın”.

Trampın fikrincə Co Bayden seçkiqabağı debatlarda birdən-birə çox özündən əmin şəkildə danışmağa başladı ki, bu da onun üçün xarakterik deyil:

“Fikrimcə, nəsə qəribə hadisə baş verdi. Nə olduğunu deməyəcəyəm, ancaq çoxları inanır ki, nəsə oldu. Belə etmək olmaz”.
Qafqazinfo