Trampın 2020-ci il prezident seçkiləri iddiasında “məhdud müdafiə” qərarıbackend

Trampın 2020-ci il prezident seçkiləri iddiasında “məhdud müdafiə” qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Tanya Çutkan ABŞ-ın keçmiş prezidenti Donald Trampın “2020-ci il prezident seçkilərinin nəticələrini öz xeyrinə çevirməyə çalışması” iddiasına qarşı açılan məhkəmə işi ilə bağlı açıq açıqlama verə biləcəyi məsələlərlə bağlı “məhdud müdafiə” qərarı verib.

NOCOMMENT.az xəbər verir ki, Vaşinqtonda federal məhkəmədə hakim Çutkan Ədliyyə Departamentinin prokurorlarının tələb etdiyi işin sübutları və şahidlərin ictimaiyyətə açıqlanmasının qarşısını alacaq mühafizə orderi ilə bağlı tərəflərin arqumentlərini təxminən 90 dəqiqə dinləyib.

Trampın hər bir amerikalı kimi Konstitusiyaya Birinci Dəyişiklik çərçivəsində ifadə azadlığı haqqına sahib olduğunu ifadə edən Çutkan, “Ancaq bu hüquq mütləq deyil” deyə açıqlama verib.

Çutkan bütün sübutların ictimaiyyətə açıqlanmasının qarşısını almaq üçün prokurorların mühafizə orderi tələbini rədd etdərək yalnız bəzi “həssas” hesab edilən materialların saxlanılmasını əmr etdi.

NOCOMMENT.AZ