Türkiyə altıncı nəsil döyüş təyyarələri istehsal edəcəkbackend

Türkiyə altıncı nəsil döyüş təyyarələri istehsal edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə milli qırıcı KAAN-ın 6-cı nəsil döyüş təyyarəsinə çevrilməsi üzərində işlərə başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Milli Döyüş Təyyarələri layihəsinin baş mühəndisi Emre Yaban bildirib ki, bu təyyarə gələcəkdə ANKA 3 hücum PUA-sı və “Şimşək” kamikadze dronunu idarə edəcək.

Döyüş uçuşunu yerinə yetirən “mükəmməl üçlük” düşmənin hava hücumundan müdafiə sistemini çaşdıracaq. Pilotsuz aparatlar ilk olaraq hədəfə yaxınlaşacaq, kəşfiyyat aparacaq və təyin olunan hədəfləri vuracaq.

Düşmənin hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatlarına yönəldildiyi halda, KAAN minimum risklə əsas hədəfləri məhv edəcək. Qırıcının hava-hava və hava-yer döyüşlərində aktiv şəkildə istifadə edilməsi planlaşdırılır.