Türkiyə İsrailə mal ixracına məhdudiyyətlər qoyurbackend

Türkiyə İsrailə mal ixracına məhdudiyyətlər qoyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Ticarət Nazirliyi İsrail ordusunun Qəzza zolağında keçirdiyi hərbi əməliyyatla əlaqədar aprelin 9-dan etibarən İsrailə 54 adda sənaye malının ixracına məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, Bu barədə TASS məlumat yayıb.

Ticarət Nazirliyi açıqlamasında bildirib ki, polad, alüminium, boyalar, elektrik kabelləri, aviasiya yanacağı, yağ, gübrə, bəzi növ sənaye avadanlıqları və digər məhsulların İsrailə idxalına qadağa qoyulub.

2023-cü ilin oktyabrında İsrail və Fələstin radikal HƏMAS hərəkatı arasında münaqişə başlayandan bəri Türkiyə rəhbərliyi qruplaşmanın tərəfində olub və dəfələrlə İsrail rəhbərliyini Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham edib.