Türkiyə kəşfiyyatı daha bir PKK rəhbərini məhv edibbackend

Türkiyə kəşfiyyatı daha bir PKK rəhbərini məhv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında yerləşən Mahmur düşərgəsi istiqamətində antiterror əməliyyatı davam edir.

NOCOMMENT report-a istinadən xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, iyunun 11-də keçirilən əməliyyat nəticəsində terrorçu PKK-nın Mahmur üzrə “məsul şəxsi” Hasan Adır məhv edilib.

Məlumata görə, o, qırmızı xətlə axtarışa verilmişdi.

Qeyd edək ki, iyunun 6-da terrorçu PKK qruplaşmasının rəhbərliyində təmsil olunmuş və Mahmur üzrə başlıca “məsulu” “Doktor Hüseyn” kod adlı Selam Bozkır da MİT tərəfindən keçirilən əməliyyat nəticəsində məhv edilmişdi.