Türkiyə millisinin futbolçusu tarixə düşdübackend

Türkiyə millisinin futbolçusu tarixə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Avropa çempionatları tarixində ilk yaşanıb.

NOCOMMENT.az report.az-a istinadən xəbər verir ki, bu, AVRO-2020-nin İtaliya və Türkiyə yığmaları arasındakı açılış oyununa təsadüf edib. 53-cü dəqiqədə meydan sahiblərindən Domeniko Berardinin ötürməsindən sonra qonaq komandanın futbolçusu Merih Demiral topu öz qapısına göndərib. Bununla da qitə çempionatları tarixində birinci top avtoqolla vurulub.

İtaliya yığmasının 3:0 hesabı ilə qalib gəldiyi görüşdə komandanın qolkiperi Canluici Donnarumma 22 yaş 106 günündə meydana çıxaraq, Corco Getsiyə (23 yaş 342 gün) məxsus ən gənc qapıçı göstəricisini yeniləyib. Getsi 1960-cı illərdə forma geyinib. Donnarumma “Milan”da çıxış edir.

Qeyd edək ki, AVRO-2016-da ilk qolu Fransa millisindən Olivye Jiru vurub.