Türkiyə müxalifətinin prezidentliyə namizədi kim olacaq?backend

Türkiyə müxalifətinin prezidentliyə namizədi kim olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə prezident seçkiləri üçün “Altılı masa”nın namizədinin adının yaxın saatlarda açıqlanacağı gözlənilir.

NOCOMMENT.az xəbər verir ki, bir qədər əvvəl CHP, Demokratik Partiya, Səadət Partiyası, DEVA Partiyası, İYİ Partiyası və Gələcək Partiyası rəhbərlərinin görüşü başlayıb.

“Altılı masa”nı tərk etmiş İYİ Partiyasının sədri Maral Akşənərin yenidən masaya qayıtması gözlənilməz olub.

Görüşün keçirildiyi Səadət Partiyasının qərargahı önünə müxalifətin çoxsaylı tərəfdarı toplaşıb.