Türkiyə-Naxçıvan sərhədində 13 km-lik növbəbackend

Türkiyə-Naxçıvan sərhədində 13 km-lik növbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə-Naxçıvan sərhəd qapısı olan Dilucu Gömrük Qapısında 13 kilometr uzunluğunda yük maşınları növbəsi yaranıb.

NOCOMMENT.az xəbər verir ki, Türkiyədən Naxçıvana, oradan da İrana, Azərbaycan və Rusiyaya keçmək üçün gələn yük maşınları Dilucu Gömrük Qapısında sıxlıq yaradıb.

Yeni il gecəsi qonşu ölkələrə gələn yük maşınlarının növbəsi 13 kilometri keçib.

Yük maşını sürücüləri maşınlarını yol kənarına çəkərək ehtiyaclarını qarşılayıb və uzun gözləmələrinə hazırlaşıblar.

Yeni il gecəsi və dekabr ayı ixracatı səbəbiylə qapının sıx olduğu öyrənilib və təxminən bir həftə məşğul olacağı gözlənilir.

TIR sürücülərindən Kahraman Bozkurt xaricə getmək üçün növbə gözlədiklərini bildirib.

 

Türkiyə-Naxçıvan sərhədində 13 kilometr uzunluğunda yük maşını növbəsi var