Türkiyə ordusu şəhid verdi: 4 əsgər yaralandıbackend

Türkiyə ordusu şəhid verdi: 4 əsgər yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Şanlıurfa vilayətində yerləşən Çiçəkalan Sərhəd Polis Məntəqəsinə terrorçular tərəfindən hücum edilib. Hadisə bir əsgər şəhid olub, dörd hərbçi yaralanıb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Şanlıurfa valisi Salih Ayhan bildirib.

Onun sözlərinə görə, hadisə Şanlıurfanın Birecik rayonunda baş verib. Vali yaralı əsgərlərin vəziyyətinin qənaətbəxş olduğunu söyləyib.

Türkiyənin Milli Müdafiə Nazirliyindən isə bildirilib ki, terrorçular tərəfindən türk əsgərlərinə qarşı minaatanla hücum olub.

Bölgədə aşkarlanan hədəflər dəqiq atəşlə dərhal vurulub. İlkin məlumata görə, 13 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir.