Türkiyə-Suriya-Rusiya-İran sammitibackend

Türkiyə-Suriya-Rusiya-İran sammiti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və Suriya dördtərəfli danışıqlarda bir araya gələcəkmi? 

NOCOMMENT.az xəbər verir ki, Moskva Suriya, İran və Türkiyə ilə dördtərəfli məsləhətləşmələrin təqvimi ilə bağlı razılığa gəlməyə çalışdığını və tarixlərin hələ dəqiqləşdirilmədiyini bildirib.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

Boqdanov dördtərəfli məsləhətləşmələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində olmasını təmin etmək üçün çalışdıqlarını açıqlayıb.

Boqdanov qeyd edib ki, görüşün məqsədi xarici işlər nazirləri üçün görüşə hazırlıqdır.

Qeyd edək ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara-Dəməşq münasibətlərinin normallaşdırılmasına dair Moskvada keçirilməsi planlaşdırılan dördtərəfli görüşün Rusiya tərəfinin təklifi ilə təxirə salındığını açıqlamışdı.

NOCOMMENT.AZ