Qəhrəmanmaraş valisi Mükerrem Ünlüer hadisə ilə bağlı verdiyi ilk rəsmi açıqlamada vəziyyətin ağır olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, vali, “Təəssüf ki, itkilərimiz var. Yaralılarımız da mövcuddur. Hadisəni dərindən araşdırırıq” deyərək acı xəbəri ictimaiyyətə çatdırıb.
Hazırda hüquq-mühafizə orqanları məktəb binası və ətraf ərazidə genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirir. Ekspertlər və istintaq qrupu hadisənin baş vermə səbəblərini və təfərrüatlarını müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir. Ölənlərin və yaralıların kimliyi barədə hələlik rəsmi məlumat verilmir.
*****
Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərdən birinə silahlı hücum edilib.
NOCOMMENT.az xəbər verir ki, Aysel Çalık Orta Məktəbinə edilən silahlı hücum nəticəsində bir şagird yaralanıb.
Hadisə yerinə çox sayda polis və tibb qrupları cəlb olunub.
Qeyd edək ki, ötən gün Şanlıurfa vilayətinin Siverek rayonundakı Əhməd Koyuncu Peşə və Texniki Anadolu Liseyində keçmiş şagird ov tüfəngi ilə hücum törətmişdi. Nəticədə ümumilikdə 16 nəfər yaralanıb.












