Türkiyədə fabrikdə güclü yanğın başladıbackend

Türkiyədə fabrikdə güclü yanğın başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Denizli şəhərində fabrikdə güclü yanğın başlayıb.

NOCOMMENT “Haberal” a istinadla bildirir ki, Pamukkale rayonunda yerləşən fabrikdə başlayan yanğını söndürmək üçün əraziyə çox sayda yanğınsöndürmə qrupları cəlb edilib.

Kimyəvi məhsullar səbəbindən qısa müddətdə alov bütün fabrik ərazisini əhatə edib. Partlayış səslərinin eşidildiyi bildirilir.

Polis əraziyə yaxınlaşmamaları üçün insanlara xəbərdarlıq edib.

Denizli-Afyonkarahisar avtomobil yolundan 100 metr aralıda yerləşən ərazidən havaya qalxan qara duman şəhərin bir çox səmtlərindən görünür.