Türkiyədə maraqlı hadisə – boşanan adam…backend

Türkiyədə maraqlı hadisə – boşanan adam…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə maraqlı hadisə baş verib. Boşanan adam avtomobilini gəlin maşını kimi bəzədi, ayrılığı şəhər turuna çıxararaq qeyd etdi.

NOCOMMENT xəbər verir ki, Antalyanın Serik səmtində 6 illik həyat yoldaşı ilə qarşılıqlı razılaşma ilə evliliyinə son qoyan Əbdürrəhman Akman avtomobilini gəlin maşını kimi bəzədib, ayrılığını şəhər turuna çıxararaq qeyd edib. O, mobil telefonu ilə lentə aldığı görüntüləri sosial şəbəkədə paylaşıb.

Serikdə yaşayan Abdurrahman Akman 6 ildir evli idi və həyat yoldaşı ilə qarşılıqlı olaraq ayrılmaq qərarına gəlib. Akman boşandıqdan sonra sosial şəbəkədə keçmiş həyat yoldaşının ad günü tortunda “yaxşı ki, bitdi” yazısını görüb. Bunun üzərinə Akman keçmiş həyat yoldaşına cavab olaraq avtomobilini gəlin maşını kimi bəzəyərək “boşandım, bitdi” sözlərini yazıb. O, gedişini avtomobili ilə şəhər turu edərək qeyd edib.