Türkiyədə prezident seçkilərinin tarixi açıqlandıbackend

Türkiyədə prezident seçkilərinin tarixi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə növbəti prezident seçkilərinin bu ilin iyun ayında deyil, mayında keçirilməsi planlaşdırılır.

NOCOMMENT.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda çıxışı zamanı seçkilərin 5 ay sonra, yəni mayda keçiriləcəyini bəyan edib.

Bu isə onu deməyə əsas verir ki, qardaş ölkədə seçkilər əvvəlcə müəyyənləşdirilən 18 iyun tarixindən erkən keçiriləcək.

Ərdoğan dəqiq tarixini bildirməsə də, artıq seçkilərlə bağlı müəyyən mülahizələr başlayıb.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, AKP-dən seçilən deputat Şamil Ayrım Modern.az-a eksklüziv açıqlamasında növbəti prezident seçkilərinin böyük ehtimalla 14 may tarixində keçiriləcəyini bildirib.

“Seçkiləri bir müddət önə çəkmək ehtimalı var. Bizim üçün uyğun olan vaxt 14 maydır. Seçki müxalifətin istədiyi tarixdə ola bilməz. Böyük ehtimalla seçki tarixi 14 may olacaq”, – deyə türkiyəli deputat vurğulayıb.

Qeyd edək ki, qardaş Türkiyədə hakim komandanın prezidentliyə namizədi hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğandır, müxalifət isə vahid namizədini fevralda açıqlayacağını bəyan edib.

Xatırladaq ki, Ərdoğan 2014 və 2018-ci illərdə keçirilən seçkilərdə qalib gələrək, prezident seçilib.

Bundan əvvəl Türkiyədə prezident seçkiləri 24 iyun 2018-ci ildə keçirilib. Həmin seçkilərdə Ərdoğan seçicilərin 52.5% səsini toplayaraq ilk turda qələbə qazanıb.