Türkiyədə ZƏLZƏLƏ: Dağıntı və xəsarət alanlar varbackend

Türkiyədə ZƏLZƏLƏ: Dağıntı və xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İzmir şəhərində iki nəfərin xəsarət alması və dağıntı ilə nəticələnən zəlzələ olub.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu tviter hesabında yazıb.

“Saat 3:29-da İzmirin Buca rayonunda baş verən 4,9 bal gücündə zəlzələdə indiyədək heç bir insan itkisi qeydə alınmayıb”, – deyə nazir qeyd edib. Onun sözlərinə görə, zəlzələ zamanı təlaşa düşən iki nəfər xəsarət alıb, məscidin minarəsi zədələnib.

“Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək”, – deyə nazir sosial şəbəkə hesabında qeyd edib.