UEFA reytinqi: Qarabağ Azərbaycana növbəti əmsallar qazandırdıbackend

UEFA reytinqi: Qarabağ Azərbaycana növbəti əmsallar qazandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanaraq, Azərbaycana UEFA reytinqində növbəti əmsalları qazandırıb.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, Ağdam klubunun mərhələ adlaması ölkə reytinqinə daha 0,250 əmsal əlavə edib.

Nəticədə Azərbaycanın cari mövsümdəki əmsalı 5,625-ə çatıb.

Son 5 mövsümdəki ümumi əmsallar 19,875-ə bərabərdir. Bununla da Azərbaycanın UEFA reytinqində cari mövsümü ən azı 27-ci pillədə başa vuracağı dəqiqləşib.

Reytinqə 100,803 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,614) ikinci, İtaliya (84,855) isə üçüncü pillədə qərarlaşıb.