Ukrayna hakimiyyəti Belçikanın Euroclear şirkətinin Avropa Birliyində dondurulmuş Rusiya aktivlərinin bir hissəsini avropalı investorlara ötürmək qərarını tənqid edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Ukrayna hökuməti Avropada dondurulmuş milyardlarla avro Rusiya vəsaitinin götürülməsi və Qərb investorlarına köçürülməsi qərarını tənqid edib”, – hesabatda deyilir.
Qeyd olunur ki, bu qərar Moskvaya qarşı mübarizədə Avropanın mövqeyini zəiflədir.