Ukrayna Moskvada “terror aktı” həyata keçirib?backend

Ukrayna Moskvada “terror aktı” həyata keçirib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə Moskvaya “terror hücumu” həyata keçirdiyini bildirib.

NOCOMMENT xəbər verir ki, Nazirlik, Moskvaya edilən pilotsuz təyyarə hücumları ilə bağlı açıqlamasında, “Kiyev rejimi bu gün səhər saatlarında pilotsuz təyyarələrlə Moskvadakı obyektlərə terror hücumu həyata keçirdi” deyib. Açıqlamada bildirilib ki, hücumda 8 təyyarə tipli PUA iştirak edib.

Səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya PUA-larla hücumlar təşkil edilib və bəzi binalar PUA-lar tərəfindən zədələnib.