Ukrayna ordusu həm müdafiədə, həm də hücumdadırbackend

Ukrayna ordusu həm müdafiədə, həm də hücumdadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri cəbhənin bəzi bölmələrində müdafiə, digərlərinə isə hücum edərək yeni taktikalara keçir. Bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Biz fərqli döyüş əməliyyatları taktikasına keçirik – bəzi ərazilərdə effektiv müdafiə, digər ərazilərdə hücum əməliyyatlarının davam etdirilməsi”, – Podolyak yazıb.

Ukrayna Silahlı Qüvvələrinin yeni taktikasının xüsusiyyətlərindən Podolyak Krım ərazisində və Qara dənizdə “xüsusi strateji əməliyyatlar”, habelə “kritik infrastrukturun əhəmiyyətli dərəcədə dəyişdirilmiş raketdən müdafiəsi”ni sadaladı.