“Ukrayna Rusiya ilə danışıqların Azərbaycanda keçirilməsinə hazırdır”backend

“Ukrayna Rusiya ilə danışıqların Azərbaycanda keçirilməsinə hazırdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi Moskvanın razılığı ilə Rusiya ilə danışıqların növbəti mərhələsini Azərbaycanda keçirməyə hazır olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, o, bu açıqlamanı Qəbələdə Prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna üçtərəfli danışıqlar formatını bərpa etməyə hazırdır.

“Biz Azərbaycan Prezidentinə üçtərəfli danışıqlara hazır olduğumuzu bildirdik. Bu cür görüşlər artıq Türkiyədə, daha sonra isə İsveçrədə amerikalı tərəfdaşların iştirakı ilə keçirilib. Təbii ki, Rusiya diplomatiyaya hazırdırsa, biz də yaxın gələcəkdə bu cür danışıqları Azərbaycanda keçirə bilərik”, – deyə o qeyd edib.