Ukrayna: Rusiyanın Xarkov vilayətində pilotsuz təyyarəsinin hücumu nəticəsində 7 nəfər ölübbackend

Ukrayna: Rusiyanın Xarkov vilayətində pilotsuz təyyarəsinin hücumu nəticəsində 7 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Şahed” tipli pilotsuz uçuş aparatlarının (PUA) Xarkov vilayətində həyata keçirdiyi hücum nəticəsində 3-ü uşaq olmaqla 7 nəfərin həyatını itirdiyi bildirilib.

NOCOMMENT xəbər verir ki, Xarkov Vilayəti Hərbi Administrasiyasının rəisi Oleq Sinegubov sosial media hesabında yazıb ki, Rusiya ordusu gecə saatlarında “Şahed” tipli PUA-lardan istifadə edərək Xarkov vilayətində hücum həyata keçirib.

Sinequbov hücumda 3-ü uşaq olmaqla 7 nəfərin həyatını itirdiyini bildirib.

Xarkov Rayon Prokurorluğundan verilən açıqlamada Rusiyanın PUA ilə evləri vurduğu və 15-dən çox evə ziyan dəydiyi qeyd edilib.

Ukrayna Baş Qərargahından verilən açıqlamada Rusiyanın 26 “Şahed” tipli PUA-dan istifadə edərək Ukrayna ərazisinə hücum etdiyi paylaşılıb.

Açıqlamada 18 PUA-nın Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyi bildirilib.