Ukrayna və Moldova sərhədləri tez keçmək barədə razılığa gəliblərbackend

Ukrayna və Moldova sərhədləri tez keçmək barədə razılığa gəliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, ölkə Moldova ilə insanların və yüklərin Moldova-Ukrayna sərhədindən keçmə müddətini azaltmaq üçün protokollar imzalayıb.

NOCOMMENT.az xəbər verir ki,  Bu barədə o, Telegram kanalında məlumat verib.

“Bu gün baş nazir Dorin Reçan ilə onlayn görüş zamanı vətəndaşların və yüklərin Ukrayna-Moldova sərhədindən keçmə müddətini sadələşdirəcək və azaldacaq bir sıra protokollar imzalanıb”, – Şmıqal bildirib.

Onun sözlərinə görə, bu sənədlər sərhəd imkanlarının səmərəliliyini artırmağa kömək edəcək.