Ukraynada Rusiya casusu tutuldubackend

Ukraynada Rusiya casusu tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Xarkovda Rusiya kəşfiyyatına məlumat ötürdüyü üzə çıxan 52 yaşlı kişinin saxlanıldığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki,SBU-nun verdiyi açıqlamada saxlanılan şəxsin Ukrayna mövqelərində casusluqla məşğul olan bir qrup casusun üzvü olduğu qeyd edilib.

Həmçinin sözügedən şəxsin müharibənin əvvəlində “işə götürülüb” və Ukrayna ordusunun mövqelərində şəxsi heyətin sayını, silah-sursatını və hərbi qruplaşmaların koordinatlarını müşahidə etdiyi bildirilib.

NOCOMMENT.AZ