Ukrayna Prezidenti Volodimir Zelenski Donbasdan gələn taxıl yükünün İsrail limanına qəbul edilməsinə sərt reaksiya verərək, bu ölkəni sanksiyalarla hədələyib.
NOCOMMENT.az xəbər verir ki, Zelenskiy taxıl daşınmasının sadəcə “özəl biznes” ola bilməyəcəyini vurğulayıb. “İsrail rəsmiləri ölkə limanlarına hansı gəmilərin və hansı yüklərin daxil olduğundan xəbərsiz ola bilməzlər”, — deyə o bildirib.
Dövlət başçısının sözlərinə görə, hazırlanan sanksiyalar paketi bu tədarüklərdə iştirak edən daşıyıcıları, şirkətləri və fiziki şəxsləri əhatə edəcək: “Ukrayna kəşfiyyat xidmətlərindən gələn məlumatlar əsasında həm bu taxılı birbaşa daşıyanlara, həm də bu cinayət sxemi üzərindən qazanc əldə etməyə çalışan şəxslərə qarşı sanksiyalar paketi hazırlayır. Biz həmçinin bu siyahıları avropalı tərəfdaşlarımızla razılaşdıracağıq ki, həmin şəxslər Avropanın sanksiya rejimlərinə də daxil edilsinlər”.
Sara,
NOCOMMENT.az









