Ukraynadan Rusiyaya ZƏRBƏ - Təyyarələr məhv edildi - VİDEO

Ukraynadan Rusiyaya ZƏRBƏ - Təyyarələr məhv edildi - VİDEO

Ukrayna ordusunun həyata keçirdiyi son hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı Qüvvələrinə məxsus strateji əhəmiyyətli texnika və obyektlər sıradan çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, tanınmış ukraynalı komandir, "Madyar" ləqəbli Robert Brovdi tərəfindən yayılan məlumata görə, zərbələr nəticəsində Rusiya ordusu həm maddi, həm də operativ cəhətdən ciddi itkilərə məruz qalıb. Vurulan hədəflər arasında ən diqqətçəkəni dəyəri 30-40 milyon dollar civarında qiymətləndirilən Be-200 “Altair” amfibiya təyyarəsidir. Bu nadir və bahalı təyyarə ilə yanaşı, Rusiya ordusunun dəniz aviasiyasına məxsus, təxminən 15 milyon dollar dəyəri olan Ka-27 helikopteri də dəqiq zərbə ilə məhv edilib.

Ukrayna tərəfinin uğurlu əməliyyatı bununla da bitməyib. Verilən məlumatda bildirilir ki, Rusiya ordusuna məxsus hava hücumundan müdafiə (HHM) sistemləri və hərbi kadrların hazırlandığı xüsusi təlim mərkəzi də hədəfə alınaraq dağıdılıb. Həmçinin cəbhə xəttini və hərbi birləşmələri təchiz etmək üçün döyüş sursatı daşıyan yük gəmisi də Ukrayna zərbələrindən yayına bilməyib və məhv edilib. Analitiklər Be-200 kimi nadir texnikaların itirilməsinin Rusiyanın logistik və axtarış-xilasetmə potensialına böyük zərbə vurduğunu, eyni zamanda Ukraynanın uzaqmənzilli və dəqiq silah tətbiqetmə imkanlarının artdığını göstərdiyini vurğulayırlar. Hazırda Rusiya tərəfi bu itkilərlə bağlı hər hansı rəsmi açıqlama verməyib.