“Unibank”ın problemli kredit “kabusu” – 116 milyon manata çatıbbackend

“Unibank”ın problemli kredit “kabusu” – 116 milyon manata çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin ilk yarısında “Unibank”ın problemli kreditləri artıb.

NOCOMMENT.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin ilk yarısında bankın ümumi kredit portfeli ilin əvvəli ilə müqayisədə 12,9% artaraq 1,005 mlrd. manata çatıb. İlin əvvəlində bu rəqəm 889,6 milyon manata bərabər olub.

Kredit portfeli ilə yanaşı bankın vaxtı ötmüş kreditləri də xeyli artıb. “Unibank”ın problemli kreditləri son altı ayda 45% və ya 36 milyon manat artaraq I yarımildə 115,9 milyon manata yüksəlib. 2023-cü ilin yanvar ayının 1-nə bankın vaxtı ötmüş kreditləri 79,9 milyon manat təşkil etmişdi. Bu dövrdə bankın vaxtı ötmüş kreditlərinin ümumi portfeldə payı 9%-dən 11,5%-ə kimi artıb.

Problemli kreditlərin 86,7 milyon manatı istehlak kreditlərinin (ilin əvvəlində 57,5 milyon manat), 20,4 milyon manatı biznes kreditlərinin (ilin əvvəlində 21,4 milyon manat) və 1,9 milyon manatı (ilin əvvəlində 1,01 milyon manat) isə daşınmaz əmlak kreditlərinin payına düşüb.

Hesabat dövründə bankın ümidsiz kreditləri, yəni 1 ildən artıq müddətdə gecikdirilən kreditləri 14,9 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 40,6% və ya 4,3 milyon manat çoxdur. 2023-cü ilin yanvar ayının 1-nə bu rəqəm 10,6 milyon manata bərabər olub. Ümidsiz kreditlərin ümumi portfeldə çəkisi isə ilin əvvəlindəki 1,2%-dən iyulun 1-nə 1,5%-ə qədər yüksəlib.