Uşaqların erkən yaşda artıq çəkidən əziyyət çəkmələrinin əsas səbəbibackend

Uşaqların erkən yaşda artıq çəkidən əziyyət çəkmələrinin əsas səbəbi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər məişətdə istifadə olunan kimyəvi maddələrin uşaqların orqanizmasında faydalı bakteriyaların yaranmasına mane olduğunu bildiriblər.

NOCOMMENT.az xəbər verir ki, araşdırmalara görə həddindən artıq təmizkar olan ailələrin uşaqlarının obezite xəstəliyinə yaxalanma riski daha çoxdur.

Aparılan tədqiqatlar zamanı məlum olub ki, təmizlik üçün kimyəvi maddələr uşaq bağırsaqlarının mikroflorasına mənfi təsir edir. Bu da erkən yaşda artıq çəkidən əziyyət çəkmələrinə səbəb olur. Bu cür şəraitdə böyüyən uşaqlarda Haemophilus ve Clostridium-un sayı az Laknospiraceae bakteriyasının sayı isə həddindən çox olduğu məlum olub.

Təcrübənin nəticələri Kanada Tibb Assosiasiyası Jurnalında dərc olunub.