ÜST də ETİRAF etdi: COVİD pandemiyası sona çatırbackend

ÜST də ETİRAF etdi: COVİD pandemiyası sona çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“COVID-19-a yoluxanların sayı kəskin şəkildə aşağı enib. Pandemiya artıq arxada qalmaq üzrədir”.

NOCOMMENT xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” adlı paneldə deyib.

Baş direktor deyib ki, problem yalnız gəliri aşağı olan ölkələrdə qalmaqdadır: “İnsanların peyvəndlənməsi çox vacibdir. Düşünürük ki, başqa əməllərə keçməyin vaxtı gəlib çatıb. Əksər ölkələrdə yoluxma aşağı səviyyəyə düşüb”.