ÜST “Omikron”un yeni variantının təsirini araşdırırbackend

ÜST “Omikron”un yeni variantının təsirini araşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun XBB.1.5 sub-variantının təsirinin qiymətləndirilməsi üzərində işləyir.

NOCOMMENT.az bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Kluge bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“XBB.1.5 variantına yoluxma halları regionumuzda az, lakin artan sayda qeydə alınır və biz onun potensial təsirini qiymətləndirmək üzərində çalışırıq”, – o deyib.

O vurğulayıb ki, ölkələrin bəzilərindən əldə edilən son məlumatlar yeni rekombinant XBB.1.5 virusunun artan mövcudluğunu göstərməyə başlayıb.

Onun sözlərinə görə, üçillik uzun pandemiyadan sonra, bir çox ölkənin həddən artıq yüklənmiş səhiyyə sistemləri, zəruri dərman çatışmazlığı və tükənmiş tibbi işçi qüvvəsi ilə mübarizə apardığı zaman ölkələrin səhiyyə sistemləri daha da çox yüklənməməlidir.

“Yeni ilə qədəm qoyarkən Avropa və Mərkəzi Asiya ölkələri sınaqdan keçirilmiş effektiv strategiyaları həyata keçirmək üçün səylərini ikiqat artırmalı və əldə olunmuşlarla kifayətlənməməlidirlər”, – H.Kluge diqqətə çatdırıb.

Report