ÜST Sudanda ölənlərin sayının 604-ə yüksəldiyini açıqladıbackend

ÜST Sudanda ölənlərin sayının 604-ə yüksəldiyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Tarik Jasareviç, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında aprelin 15-dən bu yana davam edən qarşıdurmalarda həyatını itirənlərin sayının 604-ə, yaralıların sayının isə 5,127-ə çatdığını bildirib.

NOCOMMENT xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Pol Dillon bildirib ki, Sudandakı qarşıdurma zamanı 700 min insan öz evindən didərgin düşüb. Dillon xatırladıb ki, bu rəqəm keçən həftə 340 min civarında olub.