Sudanda bombardman nəticəsində 17 nəfər həlak olubbackend

Sudanda bombardman nəticəsində 17 nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudan Həkimlər Birliyi paytaxt Xartumun cənubunda intensiv atəşə tutulması nəticəsində 17 nəfərin öldüyünü, 106 nəfərin yaralandığını açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) yarımhərbi qruplaşması arasında toqquşmaların 47-ci günüdür. Sudan Həkimlər Birliyindən verilən açıqlamada paytaxtın cənubundakı Mayo bölgəsində dünənki intensiv və “qanlı” bombardmanlar nəticəsində 17 nəfərin öldüyü, 36-sı ağır olmaqla 106 nəfərin yaralandığı bildirilib. .

Açıqlamada Beşair Təhsil Xəstəxanasında yaralıların sayının çox olması və sağlamlıq personalının qeyri-kafi olması səbəbindən müdaxilədə çətinlik çəkdiyi bildirilib.