Vahid Ələkbərovu Qarabağa gətirən səbəb: Yanında kimlər olub?backend

Vahid Ələkbərovu Qarabağa gətirən səbəb: Yanında kimlər olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı milyarder Vahid Ələkbərovun ötən həftəsonu Qarabağa səfəri ictimai və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. Səfər çərçivəsində onu Azərbaycanın bir neçə naziri və yüksək rütbəli məmurların müşayiət etməsi bu ziyarətin təkcə şəxsi xarakter daşımadığını, daha geniş iqtisadi və strateji məqsədlərə xidmət etdiyini göstərir.

Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri fonunda belə səfərlərin artması bölgəyə böyük investisiyaların cəlb olunması ehtimalını gücləndirir. Bu baxımdan, Vahid Ələkbərovun səfəri həm iqtisadi əməkdaşlıq, həm də mümkün biznes layihələrinin reallaşdırılması perspektivləri ilə əlaqələndirilir.

NOCOMMENT.az xəbər verir ki, globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Vahid Ələkbərovun Qarabağa səfərində qeyri-adi heç nə yoxdur:

“Rusiya–Azərbaycan münasibətlərində müəyyən suallar mövcuddur. LUKOIL Rusiyanın ən böyük şirkətlərindən biridir və bu ölkədə ən çox vergi ödəyən qurumlar sırasındadır. Eyni zamanda, şirkət Rusiya hakimiyyətinin siyasətinə sadiqliyi ilə seçilir.

Digər tərəfdən, Vahid Ələkbərovun Qarabağa səfərinə diqqət yetirdikdə bunun məntiqli olduğu aydın görünür. O, azərbaycanlıdır və ölkə ilə bağlı məsələlər onu da düşündürür. Bundan əlavə, LUKOIL-un Azərbaycanda uzun illərdir maraqları var. Şirkət 1990-cı illərdən etibarən ölkədə fəaliyyət göstərir və yanacaqdoldurma məntəqələri başda olmaqla müxtəlif obyektlərə sahibdir.

Hesab edirəm ki, Vahid Ələkbərovun Qarabağda aparılan bərpa prosesinə maraq göstərməsi bu baxımdan təbiidir”.