Azərbaycan Valideyn Müəllim Asossiasiyasının 17-ci ümumi yığıncağı keçirilib. Yığıncaqda VMA rəhbərliyi, İB-nin filial rəhbərləri, təhsil, elm xadimləri, habelə şəhid anaları iştirak ediblər.
NOCOMMENT.az bildirir ki, tədbiri giriş sözü ilə açan AVMA sədri Şahin Rəcəb qonaqları salamladıqdan sonra ötən fəaliyyət dövrü ərzində görülən işlərə dair hesabatla çıxış edib.
Daha sonra millət vəkili Ceyhun Məmmədov, professor Sudeyf İmamverdiyev, VMA-nın filial rəhbərləri çıxışlar ediblər.
Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin VMA sədri Zülfiyyə Absalamova məktəbin direktoru Nuranə Vəliyevanın salamlarını çatdırıb, ötən müddətdə məktəbdə həyata keçirilmiş işlərdən danışıb, sağlam valideyn-müəllim münasibətlərinin möhkəmləndirilməsinin ümumi işə ciddi töhfələr verdiyini bildirib.
Tədbirdə şagirdlərin daha yaxşı təhsil alması, maariflənməsi üçün müəllim-valdeyn münasibətlərinin mükəmməl qurulmasının vacibliyindən danışılıb, bu istiqamətdə müxtəlif təkliflər, fikirlər irəli sürülüb.
Tədbirdə qabaqcıl müəllimlərə, təşkilatın filial rəhbərlərinə sertifikatlar verilərək əməkləri üçün təşəkkür edilib.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri məktəblərdə təlim-tərbiyə işinin effektivliyi üçün vətənpərvərlik təbliğatının gücləndirilməsinin vacibliyindən danışıblar.
Sultan Məmmədli