Van Dammın gəlini təkzib etdi: Yasamaldayam…backend

Van Dammın gəlini təkzib etdi: Yasamaldayam…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya ulduzu Jan Kloud Van Dammın oğlu Kristoferlə evlənən azərbaycanlı pianoçu Suada Hacızadə Fransada həyat yoldaşıyla bir araya gəlməsi xəbərini yalanlayıb.

NOCOMMENT xəbər verir ki, Suada Hacıyeva instaqram hesabının hekayələr bölümündə video paylaşaraq Bakıda olduğunu söyləyib: “Yanlış informasiya verildi ki, Kristoferlə birlikdə Parisdəyəm. Lakin hazırda Yeni Yasamaldayam. Ona görə də xahiş edirəm ki, hər gördüyünüz xəbərə inanmayın və icazəsiz yaymayın. Anlamıram nə baş verir?!

Ona görə də xahiş edirəm ki, hər instaqrama yerləşdirdiyim video, fotonu paylaşmayın. Əgər özüm yazsam ki, artıq Kristoferləyəm, onda görəcəksiniz. Artıq başım ağrıyır”.

Qeyd edək ki, cütlük ötən il iyunun 17-də Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına əyləşib. Suada Bakıda yaşayır. O, bunun səbəbini ABŞ-də yaşamaq üçün viza almağa çalışması ilə əlaqələndirib.