Van Dammın oğlu Bakıya gəldi – FOTObackend

Van Dammın oğlu Bakıya gəldi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə ailəsi ilə bağlı paylaşımlar edib.

NOCOMMENT axsam-a istinadən xəbər verir ki, Suada və Kristofer Avropa gəzintisindən sonra Azərbaycana gəliblər. Pianoçu həyat yoldaşı ilə valideynlərinin görüntüsünü yayımlayıb.

O bildirib ki, Kristofer onların evində qonaq olub.

Qeyd edək ki, Kristofer və Suada ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturublar. Suada viza ala bilmədiyi üçün həyat yoldaşından ayrı qaldığını, ABŞ-a gedə bilmədiyini bildirib. Bir müddət əvvəl isə cütlük Avropa gəzintisinə çıxaraq, orada görüşüb.