Vaqnerin qurucusu Rusiyanın müdafiə nazirini hədəfə aldıbackend

Vaqnerin qurucusu Rusiyanın müdafiə nazirini hədəfə aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın muzdlu “Vaqner” qrupunun yaradıcısı Priqojin üsyan qaldırdı.

NOCOMMENT xəbər verir ki, Sursat gəlmədiyi üçün öldürüldüklərini ifadə edən Priqojin Rusiyanın müdafiə naziri və Baş Qərargah rəisini hədəf alıb. “Kreml aşpazı” kimi də tanınan Priqojin Ukrayna müharibəsində yaşadıqları silah-sursat problemi ilə bağlı “Konkord” şirkətinin sosial media hesabında video yerləşdirib. Döyüşçülərin döyüş sursatı olmadığı üçün öldürüldüyünü qeyd edən Priqojin, sursat verməyənlərin “cəhənnəmdə yanacaqlarını” bildirib.

Ukrayna-Rusiya müharibəsi bir ildən çoxdur ki, qanlı qarşıdurmalara və minlərlə insanın ölümünə səbəb olub. Rusiyanın meydandakı muzdlu dəstəsi olan Vaqner də qaynar münaqişələrdə iştirak edir. Ancaq adamlarının kifayət qədər sursat olmadığı üçün öldürüldüyünü deyən Vaqner qurucusu Moskva administrasiyasını hədəfə alıb.