Vardanyan Şuşanın kəndlərini sərbəst gəzir… – Fotobackend

Vardanyan Şuşanın kəndlərini sərbəst gəzir… – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya vətəndaşlığından imtina etdiyini bildirən və qanunsuz olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonuna guya oradakı ermənilərin qayğısına qalmaq məqsədilə gəldiyini iddia edən rusiyalı milyarder Ruben Vardanyan Şuşa rayonunun Şuşa-Laçın yolu boyu yerləşən kəndlərini sərbəst şəkildə gəzib.

NOCOMMENT.az xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, erməni sakinlərlə görüşən iş adamı onların güzəranı və problemləri ilə maraqlanıb.

“30 ildir ki, Artsax xalqı öz torpaqlarını qoruyub saxlayıb, əmin-amanlıq içində yaşamaq ümidi ilə qurub. Bu gün bizim vəzifəmiz soydaşlarımızın təhlükəsizliyini təmin etməkdir. Əminəm ki, kəndlərdən başlamaq, öz evimizin, Artsaxın divarlarını möhkəmləndirmək lazımdır. Çünki kəndləri qorumaqla Artsaxı qoruyub saxlayırıq. Biz Berdadzor rayonunun(Şuşa rayonunun haykların məskunlaşdığı Laçın “dəhlizi”nə yaxın kəndləri belə adlanır-S.L.) Mets Şen(Böyük Qaladərəsi-S.L.), Hin Şen(Kiçik Qaladərəsi-S.L.), Yextsaox(Sarıbaba-S.L.), Lisaqor(Turşsu qəsəbəsi-S.L.) icmalarının nümayəndələri ilə gənclərin kənd həyatının fəal iştirakçısına çevrilməsi, kəndin onların vasitəsilə inkişaf etməsi üçün nələrin görülməli olduğu barədə danışdıq”- Ruben Vardanyan özünün “Facebook” səhifəsində belə yazıb.

Zəruri şərh:

Sözsüz ki, bütün bunlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribatdır və Putinlə yaxın əlaqələrdə olan erməni milyarder təcili Azərbaycan ərazisindən çıxarılmalıdır…

Moderator.az