Vasif Talıbovun qızının yerinə gətirilən Binnət Novruzov kimdir? – DOSYEbackend

Vasif Talıbovun qızının yerinə gətirilən Binnət Novruzov kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb. Əvvəllər “Rabitəbank” ASC-də baş direktor olan Binnət Novruzov “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının yeni sədri təyin olunub.

NOCOMMENT.az Yeniavaz.com-a istinadən Binnət Novruzovun dosyesini təqdim edir.

1981-ci ildə anadan olan Novruzov Binnət Yasin oğlu 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

2007-2008-ci illərdə “Unibank” ASC-də, 2009-2010-cu illərdə “Bank of Baku” ASC-də çalışıb. 2016-2021-cı illərdə “Rabitəbank” ASC-də Baş direktor olub.

Binnət Novruzov 2021-2022-ci illərdə Dubayda (BƏƏ) fəaliyyət göstərən “SOCAR Overseas Ltd” şirkətində direktor müavini olub.

“Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının yeni sədri hazırda İngiltərnin Mançester Universitetində magistr təhsili alır.

Qeyd edək ki, Binnət Novruzov eyni zamanda “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının 3 üzvündən biridir. Binnət Novruzov Müşahidə Şurası üzvlüyündən azad olunan Baharxanım Talıbovanın yerinə təyin olunub.

Baharxanım Talıbova Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin bu yaxınlarda istefa verən sədri Vasif Talıbovun qızıdır.