Vəkillə müğənni arasında DAVA: Kimdənsə uşaq doğur, alır qucağına – VİDEObackend

Vəkillə müğənni arasında DAVA: Kimdənsə uşaq doğur, alır qucağına – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Əməkdar artist Vasif Məhərrəmli ilə – “Ərə getməyib, toy etməyib, uşağının atası kimdir?”, – sualına görə qalmaqal yaşayan müğənni Şəbnəm Qəhrəmanova yenidən gündəm olub.

NOCOMMENT xəbər verir ki, ARB-də yayımlanan “Elgizlə izlə” verilişində müğənni ilə vəkil Şəfiqə Nağıyeva arasında dava düşüb.

Belə ki, veriliş zamanı ifaçı nikahdankənar uşaq dünyaya gətirməkdən danışıb. Vəkil Şəfiqə Nağıyevanın – “Ayıbdır, biabırçılıqdır”, – deməsi müğənnini özündən çıxarıb: “Sizin bunu deməyə ixtiyarınız yoxdur. 1 500 ildir, bu divanda oturmusunuz, durmursunuz. Elə bil, müğənnisiniz”.

Onun bu sözlərinə əsəbiləşən vəkil isə – “Mən Azərbaycan qadınıyam. İstəmirəm, bu hal olsun. Uşaq nikahdan doğulmalıdır. Hərə bir kişidən uşaq doğub, qucağına alır. Nikah bağlayıb, ərə gedib, uşaq dünyaya gətirmək lazımdır”, – cavabını verib.

Müğənni isə – “Siz kimsiniz? Vəkilliyinizlə məşğul olun, əgər o da varsa”, – deyərək studiyanı tərk edib.

Daha ətraflı süjetdə: