Venesuelada faşizm əleyhinə qanun qəbul edilibbackend

Venesuelada faşizm əleyhinə qanun qəbul edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela parlamenti birinci oxunuşda faşizm və neofaşizmlə mübarizə haqqında qanunu yekdilliklə qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, bunu respublikanın icraçı vitse-prezidenti Delsi Rodriqes deyib.

“Bu gün təqdim etdiyimiz qanun faşizmi təbliğ edən və ya ona əsaslanan təşkilatları qadağan edən 4 fəsil və 30 maddədən ibarətdir”, -deyə Rodriqes bildirib.

O, əlavə edib ki, qanun faşizmin təzahürlərinə qarşı mübarizə mexanizmlərini yaradır. Onun fikrincə, əvvəllər köləliyin qurbanı olan Cənub ölkələri qanunun qəbulundan sonra “sülh, harmoniya və dostluğun müdafiəsi üçün ayağa qalxacaqlar”.