Vestnik Kavkaza: Erməni əsgərləri Azərbaycanda nə gəzir?backend

Vestnik Kavkaza: Erməni əsgərləri Azərbaycanda nə gəzir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üçtərəfli bəyanat imzaladıqdan sonra Azərbaycan torpağında qanunsuz qalan erməni hərbçiləri dörd dəfə – noyabrın 26-da, dekabrın 8-də, 11-də və 27-də Azərbaycan əsgərlərinə və mülki şəxslərinə hücumlar təşkil edib. Bu terror aktlarının məqsədi Ermənistanın kapitulyasiyasını təsdiqləyən bəyanatın pozulması üçün azad edilmiş torpaqlarda Azərbaycan vətəndaşlarını məhv etmək idi.

NOCOMMENT xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” nəşri məqalə dərc edib.

Nəşr yazır ki, Ermənistan üçtərəfli bəyanatı 4 dəfə pozulub. Bunu işğaldan azad olunmuş ərazilərə gizli yollarla daxil olan təxribatçılar deyil, hələ də Xankəndi, Xocavənd, Xocalı, Əsgəran, Ağdərə və onların ətrafında yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri edib.

Onlar heç bir hüquqi əsas olmadan özgə torpağında qalan təcavüzkar ölkə vətəndaşlarıdır: “Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana və vasitəçilərə “erməni əsgəri Azərbaycan torpağında nə edir” sualı hələ də gündəmdədir. Azərbaycan ərazisində qalan bu erməni vətəndaşları heç bir müsbət funksiyanı yerinə yetirə bilmir və regionun müharibədən sonrakı vəziyyətinə yalnız mənfi təsir göstərirlər. Əslində, söhbət terrorçu birləşmələrdən gedir, ancaq onların Qarabağın şəhər və kəndlərində hərbi infrastrukturu var.

Ona görə də Cənubi Qafqazın sabitləşməsinin növbəti mərhələsi bu pozucu elementin – Ermənistan ordusunun Azərbaycandan çıxarılması olmalıdır.

Bunu Ermənistan Respublikası özü etməlidir. Müharibə başa çatıb, İrəvan sülh haqqında sənədə imza atıb və onu icra etməlidir. Azərbaycanda qalan Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsi və çıxarılması hazırda Ermənistanın əlindədir, onu bu gün də edə bilər”.