Vətən müharibəsində 27 jurnalist döyüşüb, bir nəfər şəhid olub, ikisi yaralanıbbackend

Vətən müharibəsində 27 jurnalist döyüşüb, bir nəfər şəhid olub, ikisi yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsinə qismən səfərbərlik və digər proqramlar çərçivəsində cəlb edilən, cəbhə xəttinə göndərilən, döyüşlərdə iştirak edən jurnalistlərin siyahısı hazırlanıb.

NOCOMMENT-in xəbərinə görə, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli bildirib ki, təmsil etdiyi hər iki qurum 27 sentyabr 2020-ci il tarixdən – Vətən müharibəsinin ilk günündən başlayaraq KİV təmsilçilərinin fəaliyyəti ilə bağlı monitorinq aparıblar.

Onun sözlərinə. görə, KİV işçiləri 44 günlük Vətən müharibəsində, cəbhə xəttində həm xəbər istehsalçısı qismində, həm də səfərbərlik proqramı çərçivəsində cəlb edilmiş döyüşçü qismində iştirak ediblər: “Media təmsilçilərinin fəaliyyəti hər iki istiqamətdə uğurlu olub”.

M.Ələsgərli bildirib ki, qeyd edilən dövrdə 27 nəfər jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb ediliblər, cəbhə xəttinə göndəriliblər: “27 nəfərin arasından 2 nəfər döyüşlərin gedişində yaralanıb, müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda vəziyyətləri normaldır. Monitorinqlərin nəticəsinə görə, 27 nəfərdən hər birinin xidməti qüsursuz, sağlıqları normaldır. Əlavə olaraq, döyüş bölgəsində səfərbərlik proqramından kənar xidmət keçən, həqiqi hərbi xidmətdə olan sabiq KİV işçisi, ATV-nin keçmiş montajçı əməkdaşı Davud Qurbanov oktyabrın 5-də şəhid olub. Hərbi xidmətin davam etdiyini, təhlükəsizlik amillərini nəzərə alaraq, səfərbərlik proqramına cəlb edilmiş, cəbhə xəttinə göndərilmiş həmkarlarımızın adlarını hələlik açıqlamırıq. Onların geri dönüşündən sonra daha detallı informasiyalar veriləcək. Müşahidələrimiz, təmaslarımız davam edir. Şəhid olan həmkarımıza rəhmət, xəsarət alanlara şəfa, xidmətini davam etdirənlərə sağlıq və uğurlar diləyirik!”

O deyib ki, cəbhə bölgəsində reportyor, xəbər istehsalçısı kimi fəaliyyət göstərən, atəşə, hücuma məruz qalan, xəsarət alan jurnalistlərlə bağlı ayrıca hesabat hazırlanır və yaxın günlərdə təqdim ediləcək.